Daha cəlbedici təbliğata ehtiyac var

"Hesab edirəm ki, bu sərgiləri ən azı rübdə bir dəfə keçirmək vacibdir. Kitaba marağın artırılması üçün orta və ali məktəblərin rəhbərləri ilə danışıb, şagird və tələbələrin oraya gəlməsini təmin etmək də mümkündür". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Fazil Mustafa Bakıda keçirilən kitab sərgisinə münasibət bildirərkən qeyd edib. Bildirib ki, bu kimi sərgilərdə  xüsusi viktorinalar keçirib qaliblərə kitablar da hədiyyə etmək olar: "Bütün hallarda sosial şəbəkələrdə aydın insanlar bu tədbiri təbliğ etməyə çalışsalar çox yaxşı olardı". Millət vəkilinin sözlərinə görə, nəşriyyatların öz kitablarını bu formada təqdim etməsi və sərgi üçün şəhərin gur yerinin seçilməsi Mədəniyyət və Turizm Nazirliyinin təqdirəlayiq işlərindən biri sayıla bilər: "Kitablara maraq az olsa da, bundan ümidsizliyə qapılmamaq lazımdır. Daha yaxşı və cəlbedici təbliğata ehtiyac var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00