Xaricdə yaşayan soydaşlarımız arasında sorğu keçirilir
24 Sentyabr 2013 13:51 SiyasətBeynəlxalq Diaspor Mərkəzi oktyabrn 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı xaricdə yaşayan soydaşlarımız və diaspor təşkilatlarımız arasında virtual sorğu keçirir. Bu barədə məlumat "OLAYLAR"-a mərkəzdən daxil olub. Bildirilib ki, virtual sorğu qardaş Türkiyə Cümhuriyyəti, Avropa məkanı və keçmiş postsovet ölkələrini əhatə edəcək. Beynəlxalq Diaspora Mərkəzindən bildirilib ki, xaricdə yaşayan soydaşlarımız və diaspor təşkilatları arasında keçirilən rəy sorğusunun nəticələri haqqında yaxın vaxtlarda ictimaiyyətə geniş məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00