Deputatımız beynəlxalq tədbirə qatılacaq

Milli Məclisin deputatı Məlahət İbrahimqızı sentyabrın 24-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək. Bu barədə MM-in mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, millət vəkili burada təşkil olunmuş NATO Parlament Assambleyasının Avropa Parlamenti ilə birgə seminarında iştirak edəcək. Tədbirdə Avropa İttifaqı Şurasının bu ilin dekabr ayında keçiriləcək müdafiə məsələlərinə həsr olunmuş iclasına hazırlıq, habelə 2014-cü ildən sonra NATO və Avropa İttifaqının təhlükəsizlik sahəsində rolu barədə müzakirələr aparılacaq. Səfər sentyabrın 27-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00