İlham Əliyev seçki marafonunun qalibi olacaq
23 Sentyabr 2013 18:35 Siyasət"Sosioloji sorguların nəticələrinə görə 9 oktyabr seçkilərində əhalinin 80 faizindən çoxu İlham Əliyevi dəstəkləyəcək". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına müsahibədə millət vəkili İsmayıl Hacıyev səsləndirib. Bildirib ki, bunun da əsasları var: "İlham Əliyevin hakimiyyəti dövründəki Azərbaycan hərtərəfli inkişafa, daxili sabitliyə, kosmik sənayeyə, insanların firavan həyata, işsizliyin və yoxsulluğun aradan qaldırılmasına nail olub. Ümumiyyətlə, son on ildə Azərbaycan çox möhtəşəm və aşkar inkişafa nail olub. Bu uğurlara Azərbaycan Prezidentinin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində nail olunub. Ona görə də Azərbaycan xalqı İlham Əliyevin apardığı uğurlu siyasəti dəstəkləyir, ölkənin seçdiyi yolun dəyişməyəcəyinə inamlarını bildirir". Millət vəkilinin sözlərinə görə, Azərbaycanın son on ildəki hərtərəfli inkişafı və bu sahədə ölkə Prezidenti İlham Əliyevin düşünülmüş, uğurlu siyasəti və məqsədyönlü fəaliyyəti onu Prezident kürsüsünə gətirib çıxaracaq: "Tam qətiyyətlə bildiririk ki, ölkə başçısı İlham Əliyev yenə də ümumxalq dəstəyi nəticəsində seçki marafonunun qalibi olacaq".