“Obama Bəşər Əsədin növbəti səhvini gözləyir” - POLİTOLOQ

BMT-nin Suriyada kimyəvi silah istifadə olunduğunu təsdiqlədikdən sonra artıq yeni vəziyyətin yaranması göz önündədir. "OLAYLAR"ın məlumatına görə, bu sözləri politoloq Razi Nurulla deyib. Onun sözlərinə görə, Rusiya vasitəçilik missiyasını hələ ki uğurla davam etdirir.
Politoloq hesab edir ki, Suriya məcbur olub ki, kimyəvi arsenalını beynəlxalq müşahidəçilərin nəzarətinə versin.
Politoloq bununla belə işin bitmədiyini düşünür: "Amma, bununla iş bitmir. Fransa və ABŞ BMT TŞ-da hərbi müdaxiləyə imkan yaradan qətnamənin qəbul olunması üçün səylərini gücləndirir. Suriya prezidenti Bəşər Əsəd deyir ki, kimyəvi silahların məhvi üçün bir il və bir milyard ABŞ dolları tələb olunur. Yəni, 1 il gözləməli və 1 milyard xərcləməli olacaqsınız".
Politoloq Razi Nurulla Suriyanın vurulması üçün hazırlıqlar getdiyinə və bu nə zamansa baş verəcəyinə inanır. Politoloq həmçinin qeyd edir ki, BMT-nin təsdiqi ABŞ-a yeni üfüqlər açıb və yəqin ki, Barak Obama Bəşər Əsədin növbəti səhvini gözləyir və anında buna hücumla cavab verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00