ASİM-DER “Metsamor”un bağlanmasını tələb edir

Beynəlxalq Əsilsiz Erməni İddaları ilə Mücadilə Dərnəyi (ASİM-DER) Ermənistandakı "Metsamor" Atom Elektrik Stansiyasından yayılan radiasiyanın xərçəng xəstəliyinə yol açdığını əsas gətirərək  onun fəaliyyətinin dayandırılmasını tələb edib. Dərnəkdən "OLAYLAR"-a daxil olan məlumata görə, bu məqsədlə ASİM-DER Atatürk küçəsi və bulvarında etiraz aksiyası keçirib. Aksiyada çıxış edən ASİM-DER rəhbəri Göksəl Gülbəy "Metsamor"dan yayilan radiasiyanin təkcə İqdır deyil, ətraf əraziləri də təhlükəyə aldığını deyib. Bildirib ki, dövlət əhalini bu radiasiyadan qorumaq üçün müvafiq tədbirlər görməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00