Türk Konseyi Azərbaycana müşahidə heyəti göndərəcək
23 Sentyabr 2013 13:50 SiyasətTürk Konseyi 9 oktyabr 2013-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri üçün müşahidəçi missiyası göndərəcək. Qurum müşahidə fəaliyyətini Ağdamda reallaşdıracaq. Ukrayna mətbuatının məlumatına görə, qrupu Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan nümayəndələr təşkil edəcək. Türk Konseyi bununla yarandığı gündən 3-cü müşahidə missiyasını həyata keçirəcək. Əldə edilən nəticələr oktyabrın 10-da mətbuata açıqlanacaq, daha sonra heyətin hesabatı üzv dövlətlərə təqdim ediləcək. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00