Mehdi Musayev: “Azərbaycandakı borçalılılar İlham Əliyevə səs verəcəklər”
23 Sentyabr 2013 13:48 Siyasət"Azərbaycanda yaşayan borçalılar İlham Əliyevi dəstəkləyir və 9 oktyabrda məhz səslərini İlham Əliyevə verəcəklər. Çünki faktiki olaraq İlham Əliyevin alternativi yoxdur və bu bir siyasi reallıqdır. Digər tərəfdən isə başqa prezidentliyə namizədlərin Borçalı və Gürcüstanda yaşayan soydaşlarla bağlı hər hansı ciddi proqramı yoxdur". Bu barədə bəyanatla Rusiya Qarapapaq Türkləri Milli Şurasının (RQTMŞ) Rəyasət Heyətinin sədri, Aşina Türk Qarapapaq Şadı Mehdi Musayev çıxış edib. Bəyanatında Mehdi Musayev bir daha vurğulayıb ki, Azərbaycanda yaşayan, Azərbaycan Respublikası vətəndaşı olan borçalılıların seçimi prezidentliyə namizəd İlham Əliyevdir: "Təxmini hesablamalarımıza görə Azərbaycandakı Borçalı əsilli elektorat 780.000-dən çoxdur. Mən inamla bildirirəm ki, Azərbaycan vətəndaşı olan borçalılıların 90 faizi səslərini İlham Əliyevə verəcəklər. Həmçinin Azərbaycan Respublikasının Qazax, Ağstafa, Tovuz, Şəmkir, Beyləqan, Biləsüvar və İmişli rayonlarında kompakt yaşayan Qarapapaq türklərini prezidentliyə namizəd İlham Əliyevə səs verməyə çağırıram, deyə Mehdi Musayev bəyanatında Qarapapaq Türklərinə müraciət edib". ("OLAYLAR" İA)