“Rusiya Azərbaycanı təxribata çəkməyə çalışır” - AÇIQLAMA
Vəfa Quluzadə: “Rusiya Qarabağa çoxdan müdaxilə edib”
23 Sentyabr 2013 13:32 Siyasət"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ikinci müharibə qaçılmazdır. Belə olan təqdirdə Rusiya proseslərə müdaxilə etməyəcək" - Rusiyanın "Nezavisimaya" qəzeti belə yazır. Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadə hesab edir ki, qəzetin yazdığı məlumat Rusiya tərəfinin Azərbaycana qarşı təxribatıdır. Rusiyanın Qarabağa çoxdan müdaxilə etdiyini deyən V.Quluzadənin sözlərinə görə, rus qoşunlarının müdaxiləsi olmadan Qarabağ işğal oluna bilməzdi: "Əgər Rusiya Ermənistanın arxasında durmasyadı, daha doğrusu Ermənistan Rusiyanın tərkib hissəsi olmasaydı Azərbaycan işğal edilmiş ərazilərini çoxdan qaytarardı. Bizim ordu Qarabağı ona görə geri qaytara bilmir ki, Ermənistanın tərəf müqabili Rusiyadır. Ona görə də "Nezavisimaya" qəzetinin iddiası heç bir həqiqəti əks etdirmir. Bu sadəcə hər hansısa dairələrin provakasiyasıdır". ("OLAYLAR" İA)