Bu dəfə teledebatda su plastik qabda qoyuldu

Budəfəki debat insidentsiz ötüşüb

Bu gün saat 19-da İctimai Televiziyada Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin növbəti debatı başlayıb. İTV-nin MSK-ya ünvanladığı şikayətə baxmayaraq, bu dəfə Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə də efir vaxtı verilib.Teledebat başlayarkən, püşkə görə birinci danışan Zahid Oruc heçən dəfəki teledebatda yaranan qalmaqala görə hər iki namizədin - Hafiz Hacıyev və Cəmil Həsənlinin xalqdan üzr istəməli olduğunu bildirərək vaxtını saxladığını deyib.Bu dəfə teledebat insidentsiz ötüşüb. Amma diqqət çəkən bir məqam oldu. Bu dəfə namizədlərin qarşısına su butulkada deyil, plastik stəkanda qoyulmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00