“Radikal müxalifət qüvvələrin namizədləri bir daha çıxışları ilə göstərdilər ki,...” - MÜSAHİBƏ

Ramiz Alıyev: “Onlar prezident seçkilərinə deyil, heç bələdiyyə seçkilərinə də qatılmağa layiq deyillər”

"Müxalifət namizədlərindən bəziləri yalnız cənab İlham Əliyevə deyil, bütövlükdə Azərbaycan dövlətçiliyinə müxalif mövqedən çıxış edirlər"

Politoloq Ramiz Alıyevin "OLAYLAR"-a müsahibəsi

-Ramiz müəllim, sizcə qarşıdan gələn prezident seçkilərində Azərbaycan gəncliyi doğru seçim edəcəkmi?

-Azərbaycan gəncliyinin əksəriyyəti hər zaman düzgün seçim edib. Biz bunu dəfələrlə görmüşük. Hər birimiz gözəl bilirik və etiraf etməliyik ki, Azərbaycan gəncliyi hər dönəmdə vətəninə, xalqına, dövlətinə sədaqət nümayiş etdirib. Buna görə də hər bir vaxt Ulu Öndərimizin və onun sədaqətli siyasi davamçısı olan prezident cənab İlham Əliyevin apardığı uğurlu siyasətində aktiv iştirak ediblər, bu siyasəti dəstəkləyiblər. Azərbaycan gəncliyi çox xoşbəxt gənclikdir ki, belə bir dönəmdə memarı Ulu Öndərimiz olan bir ölkəni Cənab İlham Əliyev kimi biliyə və siyasi savada malik olan prezident inkişaf etdirir. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində Azərbaycan dünya ölkələri içərisində lider ölkəyə çevirilib. Mən əminliklə deyə bilərəm ki, hər zaman olduğu kimi yenə də digər yaş qrupuna aid olan vətəndaşlarımızla birlikdə gənclərimiz də düzgün seçim edərək cənab İlham Əliyevə səs verəcəklər.

-Hansı xüsusiyyətlər və amillər onu deməyə əsas verir ki, Azərbaycan gəncliyi cənab prezident İlham Əliyevə səs verəcək?

-İlk öncə qeyd etməliyik ki, cənab İlham Əliyevin apardığı siyasəti ölkəmizin hər bir vətəndaşı açıq şəkildə görür və izləyir. Buna görə də demək mümkündür ki, Azərbaycanın inkişafını və tərəqqisini görüb cənab İlham Əliyevə səs verməmək mümkün deyil. Cənab İlham Əliyevin prezidentliyinin 10 illik dövrü ərzində apardığı uğurlu daxili və xarici siyasəti onu məğlubedilməz bir liderə çevirib.

-Sizcə müxalifət namizədləri seçkidə cənab İlham Əliyevə ciddi rəqib ola biləcəklərmi?

-İlk olaraq onu bildirim ki, hazırki müxalifət namizədlərindən bəziləri yalnız cənab İlham Əliyevə deyil, bütövlükdə Azərbaycan dövlətçiliyinə müxalif mövqedən çıxış edirlər. Belə müxalifətçilik, siyasət olmaz. Yalnız Azərbaycanı istəməyən düşmən qüvvələr dövlətçiliyimizə qarşı müxalif ola bilərlər. Bu cür "siyasətçilər" heç zaman Azərbaycan kimi bir ölkədə uğur qazana bilməzlər. Cənab İlham Əliyev isə xalqa və vətənə göstərdiyi sevgi və apardığı uğurlu siyasət nəticəsində xalqın ürəyində elə bir mövqe qazanıb ki, o istəyi xalqın qəlbindən söküb atmaq mümkün deyil. Ona görə də heç bir namizəd Cənab İlham Əliyevə rəqib ola bilməz.

-İlham Əliyevin seçkilərdə qələbəsi növbəti 5 ildə Azərbaycan gəncliyi üçün nə vəd edir?

-Azərbaycan gəncliyinin daha da uğurlu layihələrə imza atacağına istənilən şərait yaradılacaq, gənclərin yeni  iş yerləri ilə təmin olunması yolunda aparılan siyasət daha da gücləncək. Həmçinin dövlət orqanlarında bacarıqlı gənclərə üstünlük veriləcək, xaricdə təhsil alan gənclərimizin sayı artacaq. Ordumuza ayrılan maliyyə vəsaiti artırılacaq və bunun nəticəsi olaraq ordumuz daha da güclənəcək. İdmana və idmançılara yaradılan şərait daha da artacaq və bunun nəticəsi olaraq bayrağımız dünyanın idman yarılşları keçirilən şəhərlərində hər zaman olduğundan daha çox dalğalanacaq.

-Artıq prezidentliyə namizədlər və ya onların səlahiyyətli nümayəndələrinin  çıxışları başlayıb. İlk çıxışlar bir seçici kimi sizdə hansı təssüratı yaradır?

-Deyə bilərəm ki, bəzi namizədlər özləri də bilmədən olan-qalan nüfuzlarını yerə vurdular. Özlərini cəmiyyətə radikal müxalifət kimi təqdim edən qüvvələrin namizədləri bir daha çıxışları ilə göstərdilər ki, onlar prezident seçkilərinə deyil, heç bələdiyyə seçkilərinə də qatılmağa layiq deyillər. Hələ debata gəlməmişdən öncə mətbuatda öz rəqiblərini təhqir edərək nüfuz qazanmaq istəyənlərin fikirləri iflasa uğradı. Mən düşünürdüm ki, iki il öncə yazdığı kitabdakı fikirləri və bugünki mövqeyi qarşılaşdırılanda fakt qarşısında qalan həmin namizəd durub debatı tərk edəcək, ancaq əksinə oldu. Milli Şuranın prezidentliyə namizədinin təqaüdə necə çıxması və hansı vasitələrdən istifadə etməsi barədə ortaya sənəd çıxarıldı. Mən bəzi namizədləri və səlahiyyətli nümayəndəni istisna etməklə qalan namizədlərin çıxışlarından razı qalmadım. Əslində seçicilər onlardan öz platformalarını təqdim etmələrini gözləyirdi. Onlar gərək öz seçki platformalarını nümayiş etdirəydilər, hakimiyyətə gələcəkləri təqdirdə hansı ishalatları aparacaqlarından söz açmalı idilər.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00