Prezidentliyə namizədinin teledebatdakı çıxışı biabırçılıqdır

“Müzalifətin namizədindən fərqli münasibət gözləməyə dəyməz”

Prezidentliyə namizədlərin, onların səlahiyyətli nümayəndələrinin İctimai Televiziya və İctimai Radio ilə baş tutan debatlarında  müxalifətdən olan namizədlərin, radikal cinahı təmsil edənlərin nəyə qadir olduqlarını büruzə verir. Bunu deyən millət vəkili Jalə Əliyevanın sözlərinə görə, radikal müxalifət hər addımda öz arqumentsizliyini, gücsüzlüyünü, zəifliyini nümayiş etdirir: "Faktlarla, arqumentlərlə çıxış etmək,  vətəndaşların qəlbinə girərək onun seçiminə təsir edə bilən fikirlər, ideyalar ortaya qoymaq əvəzinə,  həqiqəti əks etdirməyən, çox zaman isə yalan üzərində qurulan iddialar səsləndirmək bir növ müxalifətin,  onların namizədlərinin hər zamankı adətidir. Əslində radikal cinahdan bundan fərqli mövqe nümayişi gözləmək özü də düzgün deyil. Onlar elə hər zamankı "amplua"sındadırlar və bu gedişlə heç zaman dəyişəsi deyillər, dəyişməyəcəklər və nəticədə də eyni aqibəti, sonucu hər zaman olduğu kimi, yaşamalı olacaqlar". J.Əliyevanın sözlərinə görə,  debatlardan da bir daha aydın olur  ki, müxalifətin, radikal düşərgənin namizədləri növbəti dəfə məğlubiyyətə, uğursuzluğa məhkumdurlar. Artıq Azərbaycanın xalqının gözünə kül üfürməyin vaxtı çoxdan keçib: "Azərbaycan xalqı ağı-qaradan seçməyi çox yaxşı bacarır və bu səbəbdən, yəni, 1993 və 2003-cü ildən də bu yana öz layiqli, Azərbaycanın maraqlarına cavab verən seçimini edib və öz seçimindən də bir addım olsun belə, geri çəkilən deyil. Bir sözlə, bu ilki seçkilər də müxalifətin, ələlxüsus, radikalların növbəti acı məğlubiyyəti, uğursuzluğu və fiaskosu ilə nəticələnəcək". Millət vəkili Məlahət Həsənova qeyd edib ki, müxalifətin prezidentliyə namizədinin teledebatdakı çıxışı biabırçılıqdır: "Onlar özlərinə hörmət etmirlər heç olmasa xalqa hömət etsinlər. Belə təhqiramiz çıxışlarla həm özlərini, həm də ətraflarındakıları biabır etmiş olurlar. Əslində, onların belə hərəkətləri birbaşa xalqa qarşı hörmətsizlikdir. Azərbaycan xalqına hötmət etmək hər bir prezidentliyə namizədin borcudur. Əslində xalq onları tanıyırdı, onlar isə belə hərəkətləri ilə bir daha özlərini ifşa etdilər". OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00