“Araz Əlizadə danışanda yadıma xaş düşür”

Camaatın bəxti gətirib ki, Sərdar həkim işləmir...

Satirik şair Mirzə Sakit "Facebook" ünvanında yenə də müxalifət nümayəndələrini özünəməxsus şəkildə tənqid edib. Şair bu dəfə ADP sədri Sərdar Cəlaloğlu, MMP sədri Hafiz Hacıyev və SDP sədri Araz Əlizadəyə qələm silkələyib. "Ya Rəbbim, bizə yazığın gəlsin" başlıqlı statusunda Mirzə yazır: "Hafiz Hacıyev partiya sədrliyindən və prezidentliyə namizədlikdən imtina edir. Ay camaat, gəlin hamılıqla Hafiz Hacıyevi bu fikrindən döndərək. O getsə inanın ki, biz lap bədbəxt olacağıq. Hafizin yerinə elə birsi gələcək ki, onu çıraqla axtarmalı olacağıq. Aman Tanrım, bizə rəhmin gəlsin, Hafizin ürəyinə insaf ver". Şair onu da deyir ki, Araz Əlizadə tele-debatda danışanda onun yadına xaş düşür. Mirzə bunu dəqiq ayırd etmək üçün insanları diqqətlə A.Əlizadənin çıxışına diqqətlə baxmağı tövsiyyə edir. "Bəxtimiz gətirib" statusunu isə Sərdar Cəlaloğluna həsr edib: "Sərdar Cəlaloğlu ixtisasca həkimdir. Camaatın bəxti orada gətirib ki, Sərdar həkim işləmir. Əgər həkimliyi də siyasi fəaliyyəti kimi olsaydı, ölkədə adam qalmazdı. Xəstəxanadan hər gün ölü daşıyardılar". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00