“Suriyaya qarşı güc tətbiqi hər zaman aktualdır” - Elman Nəsirov
"Suriya ilə bağlı müharibə məsələsi təxirə salınsa da bu, Bəşər Əsədin hakimiyyətdə qalacağı anlamına gəlməməlidir”
20 Sentyabr 2013 14:07 SiyasətPrezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov Suriyada cərəyan edən son hadisələrlə bağlı fikirlərini "OLAYLAR"a bildirib.
Professor hesab edir ki, Suriyada məsələlərlə bağlı artıq "taym-aut" götürüldüyü göstərilir. Politoloqun sözlərinə görə, Rusiyanın tələbləri çox pozitivdir: "Yəni Suriyaya məxsus kimyəvi silahların beynəlxalq nəzarətə götürülməsi ilə bağlı təklif ona gətirib çıxardı ki, ABŞ prezidenti konqresə müraciət etdi. Elman Nəsirov məhdud müharibə ideyası və Suriyaya qarşı güc tətbiq edilməsi ideyasını hələ ki gündəmdən çıxarıldığı bəyan edib. Elman Nəsirov qeyd edir ki, Suriya prezidenti Bəşər Əsəd də bununla razıdır: "Əslində Suriya prezidenti hətta bununla razı olduğunu deyir və qeyd edir ki, heç bir halda ABŞ-ın təzyiqi altında geri çəkilməyib, sadəcə olaraq Rusiyanın təklifinə hörmətlə yanaşdığından bu addımı atıb".
Politoloq həmçinin qeyd edir ki, ABŞ və onun müttəfiqləri Bəşər Əsədin legitimliyini tanımır və onu heç bir halda Suriya prezidenti kimi qəbul etmir. Politoloq vurğulayır ki, Suriya ilə bağlı müharibə məsələsi bir qədər təxirə salınsa da əslində bu heç də Bəşər Əsədin hakimiyyətdə qalacağı və bundan sonra Qərbin dialoqa gedəcəyi anlamında da olmamalıdır. Hətta bu gün beynəlxalq nəzarət gülərüz görünsə də belə Bəşər Əsədə və onun rejiminə qarşı təzyiqlər güclənəcək.
Elman Nəsirov sonda qeyd edir ki, istənilən halda Bəşər Əsədə qarşı, Suriyaya qarşı güc tətbiqi hər zaman aktualdır. Müəyyən mənada təxirəsalınmalar olsa da belə güc tətbiqindən imtina anlamına gəlməməlidir. ("OLAYLAR"İA)