Millət vəkili prezidentliyə namizədin məsuliyyətə cəlb edilməsini istədi

 "Demokratik Qüvvələrin Milli Şurası" təşəbbüs qrupunun irəli sürdüyü prezidentlyə namizəd Cəmil Həsənlinin dünənki hərəkəti böyük təəccüb doğurur. Bunu deyən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, toxunuzmazlıq statusundan istifadə edərək C.Həsənli dünən Seçki Məcəlləsinin müddəalarını kobud surətdə pozaraq süni gərginlik yaratmağa çalışmış, digər namizədlərin şəxsiyyətinə toxunmuş, reqlamenti dəfələrlə pozmuş, digərlərinin vaxtına girərək qaydaları kobud surətdə pozmuşdur. Onun hərəkətləri dəyirmi masanın müəyyən müddətə işinin pozulmasına gətirib çıxarmışdır: "Ona görə də hesab edirəm ki, Cəmil Həsənlinin prezidentliyə namizədə uyğun olmayan hərəkət etdiyinə görə MSK bu məsələni geniş müzakirə onun barəsində tədbir görməlidir. Cəmil Həsənlinin digər namizədlərin də qatıldığı dəyirmi masada bu cür süni gərginlik yaradan hərəkətlərə yol verməsi kobud qanun pozuntusudur. Düzdür, Cəmil Həsənli prezidentliyə namizəd olduğundan onu studiyadan zor tətbiq edib çıxartmaq olmazdı, amma namizəd olduğuna görə istədiyi hərəkət etməyə haqq qazandırıla bilməz. Odur ki, MSK bua ciddi reaksiya verərək onu məsuliyyətə cəlb etməlidir". OLAYLAR
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00