VİP hansı namizədə dəstək verəcək? - AÇIQLAMA

Prezident seçkilərində namizədliyi qeydə alınmayan Vətəndaş və İnkişaf Partiyasına digər namizədlər tərəfindən müxtəlif təkliflər irəli sürülür. Belə bir açıqlama ilə çıxış edən partiyanın sədr müavini Billur Hümbətov "OLAYLAR"-a deyib ki, təkliflər VİP-in həmin namizədlərə dəstək verməsi ilə əlaqədardır: "Əksəriyyət prezidentliyə namizədlər tərəfindən onlara dəstək vermək barədə təkliflər verilir. Hələlik biz partiya olaraq hansı namizədə dəstək verməyimizlə bağlı qərar verməmişik". Billur Hümbətov deyib ki, bu məsələ partiyanın Siyasi Şurasında müzakirə edilə bilər: "Yaxud partiyanın geniş tərkibli toplantısı keçirilərək sözügedən məsələ müzakirə oluna, müvafiq qərar qəbul edilə bilər. Bunun üçün VİP üzvlərinin mövqeyi öyrənilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00