Separatçıların lideri Moskvadadır - Elxan Şahinoğlu

“Kremldə qapalı görüşlər mümkündür”

"Erməni separatçıları Azərbaycanda keçiriləcək prezident seçkisindən öz məqsədləri üçün istifadə etmək istəyirlər". Politoloq Elxan Şahinoğlu "OLAYLAR"a açıqlamasında belə deyib. E.Şahinoğlu hesab edir ki, Azərbaycanda bütün diqqətin seçkiyə yönəldiyi vaxt separatçılar Xankəndi hava limanının açılması mövzusunu yenə gündəmə gətiriblər: "Bəlkə də onlara bu məsələni yenidən aktuallaşdırmağı Kremldən məsləhət görüblər. Təsadüfi deyil ki, bu günlərdə erməni separatçılarının lideri (qondarma "Qarabağ Respublikası"nın "Prezidenti") Bako Saakyan Ermənistan prezidenti Serj Sərkisyanla birgə Moskvaya gedib. Moskvada erməni kilsəsini açırdılar. Mümkündür ki, açılışdan sonra Kremldə qapalı görüşləri də olub". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00