MSK-dan İTV-dəki qarşıdurma ilə bağlı açıqlama

"Bu məsələyə MSK-da baxılacaq"

Azərbaycan  İctimai Televiziyanın prezidentliyə namizədlər üçün təşkil etdiyi debatdakı qalmaqala MSK münasibət bildirib.Dünən İctimai Televiziyada prezidentliyə namizədlərin ikinci teledebatında qalmaqal yaşandı. Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyevlə Milli Şuranın n namizədi Cəmil Həsənli arasında söz savaşı "butulka" savaşına çevrildi. Və onlar debatı tərk eləmək məcburiyyətində qaldılar.Yaşanan qalmaqalla bağlı Mərkəzi Seçki Komissiyanın media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev AzVision.az-a danışıb: "Bu məsələyə MSK-da baxılacaq. İndi iş günü yeni başlayıb. Amma MSK tərəfindən bu məsələyə baxılacaq"-deyə, MSK rəsmisi qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00