Müşahidəçilərin sayı 14 410 nəfərə çatıb
19 Sentyabr 2013 18:51 Siyasət"Seçki prosesində müşahidəçilik missiyasını həyata keçirəcək şəxslərin sayı 14 410 nəfərə çatıb". Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumunsentyabrın 19-da keçirilən iclasında deyib. MSK sədri bildirib ki, bunlardan 3070 nəfəri ölkə üzrə, 11.340 nəfəri isə dairə hüdudlarında müşahidəçilik missiyasını həyata keçirəcəklər. M. Pənahov əlavə edib ki, seçki prosesinin təşviqat mərhələsi uğurla, hər hansı şikayət daxil olmadan davam edir. M. Pənahov namizədlərin vəkillərinin, səlahiyyətli nümayəndələrinin adlarının əvvəlcədən MSK-ya təqdim olunmasının zəruri olduğunu qeyd edib: "Bəziləri hər gün çıxış edəcək şəxslərin adlarını MSK-ya təqdim edir. Bu da bir qədər narahatlıq yaradır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00