Məzahir Pənahov namizədlərə xəbərdarlıq etdi
19 Sentyabr 2013 17:47 SiyasətBu gün MSK-nın növbəti iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, MSK sədri bildirib ki, namizədlər televiziyada çıxış edən nümayəndələrinin siyahısını onlara əvvəlcədən təqdim etməlidirlər.
Həmçinin əlavə edib ki, ölkə üzrə müşahidə aparmaq istəyənlərin sayı 3070, konkret dairələr üzrə müşahidə aparmaq istəyənlərin sayı 11340 nəfərə çatır.
Maarifləndirmə tədbirlərinin uğurla davam etdiyini qeyd edən MSK sədri bildirib ki, bu yaxınlarda Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə bərabər cəzaçəkmə müəəsssiələrində treninq keçirilib. Deyərdim ki, uğurlu bir treninq baş tutdu.
Məzahir Pənahov qeyd edib ki, bu günədək MSK prezident seçkiləri ilə bağlı üzərinə düşən işi ölkə qanunvericiliyə uyğun uğurla həyatra keçirib: " İndi bizim əsas diqqətimiz namizədlərin seçki tələblərinə uyğun fəaliyyətlərini izləməkdir. Bütün MSK üzvləri prosesləri diqqətlə izləməli və MSK-ya davamlı olaraq məlumat verməlidir. Biz çalışmalıyıq ki, namizədlərlə bağlı qanun pozuntularına yol verilməsin".