MSK Cəmil Həsənlinin 37 vəkilini qeydə aldı
19 Sentyabr 2013 17:26 SiyasətBu gün Mərkəzi seçki Komissiyasının növbəti iclası keçirilib İclasda 13 və 16 sentyabr tarixli iclas protokolları təsdiq edilib. MSK-nin katibi Arifə Muxtarova bildirib ki, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) və Azərbaycan Demokrat Partiyasının (ADP) məşvərətəçi səs hüquqlu üzvləri təsdiq edilib. Eyni zamanda iclasda Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP), Müasir Müsavat Partiyasının (MMP) və Zahid Orucun səlahiyyətli nümayəndələri qeydə alınıb. MSK tərəfindən Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) 50, ASDP-nin 5 , ADP-nin 17, Cəmil Həsənlinin 37 və Ədalət Partiyasının 13 vəkilləri qeydə alınıb.
Həmçinin keçirilən iclasda bəzi dairə seçki komissiyaların tərkibində dəyişikliklər edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00