“Xocalı aeroportunun açılmasının seçkiöncəsi gündəmə gəlməsi təsadüfi deyil”
19 Sentyabr 2013 16:54 Siyasət"Xocalı aeroportunun açılması və beynəlxalq aləmin buna seyriçi mövqeyi Ermənistanın Azərbaycanın daxili işlərinə qarışmasına dəstəyi kimi qəbul olunmalıdır.Güman edirəm ki, bu aeroportun açılmasının çox böyük siyasi yükü vardır". Belə bir açıqlama ilə çıxış edən Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli "OLAYLAR"-a bildirib ki, ABŞ və onun müttəfiqləri gələcəkdə İranı vurmaq üçün bu hava limanından istifadə edə bilər: "Çünki Azərbaycan bir müsəlman ölkəsi kimi onun ərazisindən digər müsəlman ölkəsi olan İranın vurulmasına heç vaxt razı ola bilməz. Lakin respublikamızın nəzarətindən kənarda olan bir ərazidən bu missiyanı həyata keçirmək olar. Bunun üçün də Xocalı aeroportu ən yaxşı variantdır. Aeroportun açılmasının seçki dönəmində gündəliyə gətirilməsi də təsadüfi deyil. Çünki Azərbaycanın başı seçkilərə qarışıb və onun qarşısını almaq üçün əvvəlki kimi müqavimət göstərə bilməyəcək".