Gürcüstan azərbaycanlılarının seçimi Georgi Marqvelaşvilidir
Daşqın Gülməmmədov: “Marqvelaşvili gürcü xalqının gələcək prezidentidir”
19 Sentyabr 2013 16:53 SiyasətGürcüstan türkləri, o cümlədən Borçalı və Kaxeti əhalisi prezident seçkisində səslərini Georgi Marqvelaşviliyə verəcək. Bu barədə "OLAYLAR"a Gürcüstan Türkləri Konfederasiyası (GTK) Rəyasət Heyətinin üzvü, Gürcüstan prezidentliyinə eks-namizədi Daşqın Gülməmmədov bildirib. O, qeyd edib ki, digər namizədlər Nino Burcanadze və David Bakradze Borçalı əhalisinə tanışdırlar: "Onlar xalq üçün nə etdilər ki? Heç nə.. Biz onlardan yalnız yalan vədlər eşitdik. Seçkilər öncəsi verdikləri sözləri, vədləri spiker kreslosunda oturduqdan sonra unutdular. İndi onlara heç kim səs verməyəcək. Bizim proqnozlarımıza görə prezdentliyə namizəd Georqi Marqvelaşvili Borçalıda və Kaxetidə səslərin 60 faizindən çoxunu alacaqdır". ("OLAYLAR" İA)