Rus politoloq: “Azərbaycanın Qarabağı geri qaytarmaqdan başqa niyyəti yoxdur”
19 Sentyabr 2013 12:54 Siyasət"Azərbaycanın Dağlıq Qarabağ geri qaytaramq üçün kifayət qədər hərbi gücü var" - rus politoloq Aleksandr Karamçikin erməni mətbuatına açıqlamasında belə deyib. Politoloq bildirib ki, Azərbaycan ordusu son zamanlarda Rusiyadan aldığı silahlarla fantasik gücə sahib olub: "Azərbaycan Dağlıq Qarabağı geri qaytarmaq üçün universal orduya sahibdir. Bu dövlətin Qarabağı geri qaytarmaqdan başqa niyyəti yoxdur". Erməni mətbuatı yazır ki, Azərbaycanın sifarişi ilə Rusiya "Kurganmashzavod" ardıcıl istehsalı olmayan 2C31 "Vesnya" avtomatik top sistemləri istehsal etməyə başlayıb. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00