Cavanşir Paşazadə seçicilərlə görüşdü

Milli Məclisin deputatı, İnsan hüquqları Komitəsinin üzvü, "Şöhrət" ordenli Cavanşir Paşazadə bir neçə gündür ki, 75 saylı Lənkəran -Masallı seçki dairəsi üzrə  kənd­lər­də öz seçicilərilə görüşlər keçirir. Getdiyi Nərimanabad, Liman, Boladi, Vil­van, Şağlaser və Zövlə kəndlərində  seçicilər millət vəkilinin görüşünə həvəslə gəl­mişlər. Çünki C.Paşazadə verdiyi heç bir sözə xilaf çıxmamış, seçicilərinin bütün xahişlərini həyata keçirtməyə çalışmışdır. Amma bu dəfə Millət Vəkili seçi­cilərinə öz fəaliyyəti barəsində deyil, ölkə başçısı cənab İlham Əliyevin görmüş olduğu mühüm işlər barəsində məlumat vermişdir. Bu yaxınlarda Lənkəranda səfərdə olan ölkə başçısı millət vəkilinin şəxsi xahişini nəzərə alaraq qeyd olunan kəndlərin qazlaşdırılması və on kilometrlərlə yolun asvaltlaşması barədə xüsusi sərəncamlar vermiş, maliyyə vəsaiti ayırmışdır. Cavanşir Paşazadəni Lənkəran rayon Ağsaq­qal­lar Şurasının sədri K.Kələntərli və Şuranın sədr müavini S.Məmmədov müşaiyyət etmişdir. Ağsaqqallar cənab İlham Əliyevlə bağlı xatirə­lərini söyləmiş, rəqəmlərin və faktların dili ilə prezidentliyə namizədin görmüş  olduğu işlərin əhəmiyyəti barədə danışmışlar. Cavanşir Paşazadə seçicilərini oktyabrın 9-da seçki məntə­qələ­rinə getməyə və cənab prezidentin namizədliyinə səs verməklə özlərinin nurlu sabahlarına səs verməyə çağırmışdır. Maraqlı fakt o olmuşdur ki, görüşlər zamanı seçicilərdən kimsə sual verməmiş, nəsə xahiş etməmiş, hamı cənab prezidentin fəal təbliğatçısı kimi çıxış etmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00