Mərkəzi Seçki Komissiyasında görüş

 

Sentyabrın 18-də Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi əlaqələndiricisi, ATƏT-in Parlament Assambleyasındakı Fransa nümayəndə heyəti rəhbərinin birinci müavini Mişel Vuazən və Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Tierri Mariani Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşüblər. Səmimi qəbula görə təşəkkürünü bildirən M. Vuazən qarşıdan gələn seçkiləri müşahidə məqsədilə Azərbaycanda olduqlarını qeyd etmiş və Azərbaycan Respublikasında mövcud seçki institutları, müşahidəçiliyin prisnipləri və seçki qanunvericiliyndən irəli gələn digər tələblər və seçkiqabağı hazrılğın vəziyyəti barədə məlumat verilməsini xahiş ediblər. Azərbaycan seçki qanunvericiliyində vətəndaşların aktiv və passiv seçki hüquqlarının reallaşdırılması üçün müəyyən olunmuş hüquqi normalar barədə qonaqlara ətraflı məlumat verən Komissiya sədri həmçinin, rəhbərlik etdiyi qurum tərəfindən azad və ədalətli seçkilərin keçirilməsi üçün görülən işlərdən söz açıb. O, Mərkəzi Seçki Komissiyasının beynəlxalq qurumlarla əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirib və həyata keçirilən maarifləndirici layihələrin bir çoxunun həmin təşkilatlarla birgə gerçəkləşdirildiyini söyləyib. Görüşdə seçkilərə hazırlığa dair digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00