Ermənistan Azərbaycanla müharibə etməkdən çəkinir

"Azərbaycanın hərbi gücü artıdqca Ermənistanın təhlükəsizliyi üçün ciddi təhdidlər ortaya çıxır. Ona görə də Rusiyasız Ermənistanın təhlükəsizliyinin təmin edilməsi çətin olacaq" - İrəvanda Slavon Universitetində tələbələrlə görüş keçirən Ermənistanın müdafiə naziri Seyran Ohanyan belə deyib. Ohanyan bildirib ki, Türkiyənin Azərbaycanın mövqeyindən çıxış etməsi də Ermənistanı tamamilə çıxılmaz vəziyyətə salıb. Dağlıq Qarabağda ikinci hərbi əməliyyatların başlanması məsələsinə toxunan erməni nazir deyib ki, rəsmi İrəvan münaqişənin diplomatik yollarla həll edilməsini dəstəkləyir: "Problem qarşıqlıqlı güzəştlər əsasında olmalıdır. İkinci müharibə bizim üçün çətin olacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00