“Balacalıqdan elə nohura qələm sancan olub”

“Balaca uşaq idi, həmişə həyət qapılarının qabağında dayanardı, gəlib-gedənə daş atardı”

Satirik şair Mirzə Sakit növbəti dəfə "Facebook" profilində müxalifət nümayəndələrinə qələm silkələyib. Şairin hədəfində olan budəfəki müxaliflər Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və Müsavat Partiyasının Gəncə şöbəsinin sədri Cahangir Əmirxanlı olub. Mirzə "Uşkola getmək gec deyil" başlıqlı statusunda yazır: "Müsavatın Gəncə şöbəsinin sədri Cahangir bəy Əmirxanlı latın əlifbasını öyrənə bilmədiyinə görə, adını hələ də kiril hərflərilə yazır. Özü də rus ləhcəsilə - "Djaxanqir Amirxanlı". Xahiş edirəm bəyə kömək edin. Adam nə gündə lazımdır bəs? Lazım gələrsə məktəbə bərpa olunmağına kömək edin". Şair "Balacalıqdan elə nohura qələm sancan olub" statusunu isə yuxarıda adı birinci çəkilənə həsr edib: "Şamaxıda bizim Meysəri kəndində qoca bir qarı var. Həmin qarı Hafiz Hacıyevin Qərbi Azərbaycanda doğulduğu Basarkəçər rayonunun Zod kəndindəndir. Bir dəfə o qarı ilə söhbət etdim və Hafizi tanıyıb-tanımamasını soruşdum. Qarı onun haqqında bunları dedi: "Qadan alım bala, bir kənddənik. Hafiz balaca uşaq idi, həmişə həyət qapılarının qabağında dayanardı, gəlib-gedənə daş atardı, çox dəcəl uşaq idi". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00