BMT Təhlükəsizlik Şurası Suriya üçün toplandı

Toplantıda kimyəvi silahlardan istifadənin Beynəlxalq Məhkəməyə sövq edilməsi təklifi qəbul edilməyib

Dünya  BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Suriyadakı kimyəvi silahların taleyi ilə bağlı toplantı keçiriblər. Təxminən 1 saat davam edən müzakirələrdə Rusiya və ABŞ arasında Suriyadakı silahların məhv edilməsi haqqında razılaşma ilə əlaqədar danışıqlar aparılıb. Toplantıda kimyəvi silahlardan istifadənin Beynəlxalq Məhkəməyə sövq edilməsi istiqamətində təklif qəbul edilməyib.Digər bir təklif isə Fransa və İngiltərənin Suriyadakı kimyəvi silahların beynəlxalq nəzarətə verilməsi planı olub. Lakin bu təklifin də yaxın günlərdə yenidən nəzərdən keçirilməsi qərara alınıb.Tərəflər sabah daha bir toplantı keçirəcəklər.Qeyd edək ki, sentyabrın 17-də BMT baş katibi Pan Qi Mun TŞ qətnaməsinin məcburi xarakter daşımasının vacibliyini qeyd edib. O vurğulayıb ki, qətnamə Suriyanın kimyəvi silahının Rusiya və ABŞ arasında əldə olunmuş razılaşmaya əsasən məhv olunmasına zəmanət verməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00