AKP Türkiyənin hakim partiyasının üzvlərinin İranın xüsusi xidmət orqanlarına işləməsi barədə məlumatı təkzib edir

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) iki qadın üzvünün İranın xüsusi xidmət orqanlarına işləməsi barədə məlumat tamamilə yalandır. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ deyib. Onun sözlərinə görə, AKP-nin heç bir üzvünün İranın xüsusi xidmət orqanları ilə əlaqəsi yoxdur və bu məzmunda olan bütün məlumatlar yalnız uydurmadır.
Qeyd edək ki, daha əvvəl Türkiyənin bir sıra KİV-ində AKP-nin iki qadın üzvünün İranın xüsusi xidmət orqanlarına işləməsi barədə məlumat yayılmışdı. Məlumata görə, onlar ölkənin rəsmi şəxslərini dinləmək üçün müxtəlif dövlət strukturlarında cihazlar quraşdırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00