Ərdoğanın partiyasındakı 2 qadın casus çıxdı
17 Sentyabr 2013 16:08 SiyasətTürkiyənin hakim partiyası olan AK partiyada yüksək vəzifə tutan və partiyanın qurucularından olan iki qadının İran cəsusu olduğu məlum olub. "Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin binasında yerləşdirilən dinləmə cihazı hələ səkkiz ay bundan əvvəl aşkar edilib. Polisin apardığı təqiblərdən sonra "böcək" adlandırılan dinləmə cihazlarını qoyan şəxslərin kimlikləri müəyyən olunub.
Adları sirr saxlanılan qadınların baş nazirin binasında bəzi ofislərə, həmçinin partia ilə əlaqəsi olan digər bir şəxsin də villasına dinləmə cihazı qoyduğu aşkarlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00