“Misirdə hərbi xunta hakimiyyətini leqallaşdırır” - AÇIQLAMA

Ərəstun Oruclu: “Yaxın Şərq dövlətlərinin demokratik yola keçməsi üçün kifayət qədər resursları yoxdur”

Polşanın Avropa Geosiyasət Mərkəzinin direktoru Mateus Pisorski Yaxın Şərqdə yaranmış mövcud vəziyyəti ABŞ-ın Rusiyaya məğlubiyyəti kimi xarakterizə edib. Məsələyə münasibət bildirən "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, Yaxın Şərqdə yaranmış vəziyyəti ABŞ-ın Rusiyaya məğlub olması kimi dəyərləndirmək düzgün deyil. Regionda davam edən proseslər stabil vəziyyətdə davam etmir, ona görə də məsələ barədə konkret nəticəyə gəlmək olmur: "Bir sıra məsələlərə aydınlıq gətiriləndən sonra müəyyən haşiyə çıxmaq mümkündür. Rusiyanın ABŞ-ı regiondan sıxışdırıb çıxarması isə qeyri-real dəyərləndirmədir. Misirdə davam edən iğtişaşlara münasibət bildirən Ərəstun Oruclu qeyd etdi ki, əvvəlcə Hüsnü Mübarək və demokratik yolla seçilmiş "Müsəlman Qardaşları" zorakılıqla hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Misirdə hərbi hökumətin leqallaşdırılması prosesi başlanıb. Politoloq bildirdi ki, Misirdə prezident seçkilərinin keçirilməsi gözlənilir, general əl-Sisi də namizədliyini irəli sürüb: "Bu amil onu göstərir ki, hərbi xunta yaratdığı hakimiyyəti qanuniləşdirmək istəyir. Hərbi xuntanın hakimiyyətə keçdikdən sonra mülkiləşdirilməsi Yaxın Şərq dövlətlərinə məxsus olan xarakterlərdən biridir. Misir və digər region ölkələrinin demokratik yola keçməsi üçün kifayət qədər resursları yoxdur". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00