Azərbaycan gəncliyi hazırkı siyasətin davam etdirilməsində qərarlıdır

"Azərbaycan gəncliyi oktyabrın 9-da keçiriləcək prezident seçkilərində doğru seçim edərək Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd cənab İlham Əliyevə səs verəcəklər". Belə bir açıqlama ilə çıxış edən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov "OLAYLAR"-a bildirib ki,  Azərbaycan gəncliyi hazırkı siyasətin davam etdirilməsində qərarlıdir: "Azərbaycan gəncliyi yenilikçi, savadlı və ağıllı gənclikdir. Ona görə də onların düzgün seçim edəcəklərinə əminəm". YAP Gənclər Birliyi sədrinin sözlərinə görə, ümumilikdə Azərbaycan xalqı cənab İlham Əliyevi dəstəkləyəcək: "Yüz faiz əmin ola bilərsiniz ki, xalq İlham Əliyevi dəstəkləyəcək"...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00