BMT-nin 68-ci sessiyası başlayır
17 Sentyabr 2013 11:41 SiyasətBu gün BMT Baş Assambleyasının 68-ci sessiyası mənzil qərargahında, Nyu-Yorkda öz işin başlayır.Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, sessiyanın gündəliyində 170 məsələ, o cümlədən sülh və təhlükəsizliyin qorunması, silahlı münaqişələrin kəsilməsi, ətraf mühitin qorunması, nüvə silahlarının yayılmaması rejiminə əməl edilməsi, insan haqlarının müdafiəsi, qanunun aliliyinin təmini də var.Bir həftə ərzində yüksək səviyyədə 10-a yaxın iclas keçiriləcək.Baş Assambleya BMT-nin əsas məşvərət orqanıdır. BMT 1946-cı ildə formalaşıb. O zaman qurumun 51 üzvü olub. Hazırda onun 193 üzvü var.Quruma daxil olan sonuncu üzv Cənubi Sudandır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00