Səfirlik: ABŞ hökümətinin Kaliforniya ştatının rəsmi şəxslərinin Dağlıq Qarabağa səfərinə aidiyyatı yoxdur
17 Sentyabr 2013 11:21 SiyasətABŞ hökümətinin Kaliforniya ştatından olan bir qrup rəsmi şəxsin Dağlıq Qarabağa barəsində xəbər verilən səfərinə aidiyyatı yoxdur. Bu barədə ABŞ-nın Azərbaycandakı səfirliyindən Trend-ə bildirilib."Biz Kaliforniyadan olan bir qrup rəsmi şəxsin Dağlıq Qarabağa səfər edəcəyi barədə KİV-nin məlumatları ilə tanışıq. ABŞ hökümətinin barəsində xəbər verilən səfərə aidiyyatı yoxdur".ABŞ səfirliyi vurğulayıb ki, Amerika hökümətinin Dağlıq Qarabağa dair siyasəti dəyişməyib:"Biz tərəfləri münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün birgə işləməyə çağırırıq".Qeyd edək ki, Ermənistanın bəzi KİV-i Kaliforniyadan olan bir qrup şəxsin Ermənistana və onun işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər edəcəyi barədə məlumat verib. Sözügedən səfərin 15-24 sentyabrda həyata keçirilməsi gözlənilirdi.