Azərbaycan Cənubi Qafqazın lideridir

"Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmiz inkişaf baxımından dünyada lider dövlətlər sırasındadır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri  prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi, YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı səsləndirib. Bildirib ki, bu gün Azərbaycan Cənubi Qafqaz bölgəsinin lideridir: "Ölkəmizin razılığı olmadan bölgədə hər hansı qlobal və regional layihələr həyata keçirilə bilməz. Eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verməkdədir ki, bu da ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00