YAP-dan seçki kampaniyası ilə bağlı yenilik
16 Sentyabr 2013 16:09 SiyasətOktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkiləri kampaniyasının təbliğat-təşviqat mərhələsinin başlanması ilə əlaqədar Yeni Azərbaycan Partiyasının rəsmi www.yap.org.az saytında yeni baner fəaliyyətə başlayıb. "OLAYLAR"-ın partiyanın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, "İlhamla irəli" şüarı ilə təqdim edilən yeni versiyada Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizəd, YAP sədri, ölkə prezidenti cənab İlham Əliyevin son 10 il ərzindəki fəaliyyətini əks etdirən məlumatlar, fotolar və video-çarxlar yerləşdirilib. Bütün bu məlumatlar ayrı-ayrı bölümlərdə öz əksini tapır. Banerdə diqqəti cəlb edən digər xüsusi məqam Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin bir çox dəyərli fikirlərinin Azərbaycanın inkişafını əks etdirən fotoların fonunda öz əksini tampasıdır. Eyni zamanda, saytda geniş auditoriya üçün faydalı ola biləcək linklər də yerləşdirilib.