Mirzə Sakit hansı yazıçıya “tısbağa” dedi
16 Sentyabr 2013 16:07 SiyasətSatirik şair Mirzə Sakit "Facebook" ünvanında paylaşdığı statusda özlərini postmodernist adlandıran yazıçıları sərt şəkildə tənqid edib. Şair yazıçının öz millətini təhqir etməsini yolverilməz hal adlandırıb. Mirzə yazır: "Özlərini guya avropasayaq postmodernist hesab edərək millətinə həqarət edən bəzi yazarlara deyəcəyim söz var. Bilin ki, avropalı yazıçılar öz millətinə hədsiz sevgilə yanaşırlar. Onlar doğulduğu torpağı, cəmiyyəti sevirlər. Cəmiyyətin anlaqsız təbəqəsini maarifləndirmək məhz yazarların birbaşa borclarıdır, nəinki təhqir etmək. Tısbağalıq pis adətdir, tısbağa qınını bəyənmirsə, bunun günahı qında deyil, tısbağadadır. ("OLAYLAR" İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00