Deputatımız AŞ PA-nın komitə iclasında iştirak edəcək
16 Sentyabr 2013 15:28 SiyasətMilli Məclisin deputatı Sahibə Qafarova AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya Komitəsinin iclasında iştirak etmək üçün Madridə səfər edib. Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, iclasda İspaniyada gender bərabərliyi, qadınlara qarşı zorakılığın iqtisadi meyarları, Avropada insan alveri, polis orqanlarında irqçilik halları ilə mübarizə, irqçilik və dözümsüzlüklə mübarizə strategiyası, qadınlara qarşı zorakılıq, Avropada milli azlıqların hüquqları və digər mövzularda fikir mübadiləsi aparılacaq. Tədbirdə deputat Sahibə Qafarova çıxış edəcək, gündəlikdəki məsələlərə münasibətini bildirəcək. Səfər sentyabrın 18-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00