"Prezidentliyə namizədlər şəxsiyyəti alçaldan çıxışlar etməməlidir"

Məzahir Pənahov prezidentliyə namizədlərə çağırış etdi

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezidentliyə namizədlərə çağırış edib. ANS PRESS-in xəbərinə görə, MSK sədri qeydə alınmış namizədləri pulsuz efir vaxtı müzakirələr zamanı şəxsiyyəti alçaldan çıxışlar etməməyə çağırıb.

MSK sədri bildirib ki, namizədlər və onların səlahiyyətli nümayəndələri ayrılan efir vaxtı zamanı etik qaydalara riayət etməlidirlər: "Yaxşı olardı ki, debatda müzakirə olunacaq mövzuları səlahiyyətli nümayəndələr müəyyənləşdirsinlər. Biz buna müdaxilə edə bilmərik. Namizədlər onlara ayrılan vaxtlarından səmərəli istifadə etməlidirlər."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00