Prezidentliyə namizəddən sensasiyalı açıqlama

“Rüstəm İbrahimbəyovu Londonda nazirlərdən birinin oğlu qarşılayıb”

"Müəyyən nazirlər, bəzi məmurlar xalqı bizim opponentimiz olan İlham Əliyevdən narazı salmaq istəyirlər. Onlar öz əməlləri ilə ölkə prezidentinin gördüyü işin üzərindən xətt çəkməyə çalışırlar". Belə bir açıqlama ilə çıxış edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev "OLAYLAR"-a deyib ki, prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası zamanı həmin məmurları ifşa edəcək. Partiya sədri Milli Şura üzvlərinin London səfəri barədə də maraqlı məlumat verib: "Bizdə məlumat var ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyovu Londonda azərbaycanlı nazirlərdən birinin oğlu qarşılayıb. Hətta İbrahimbəyova Londonda həmin nazir oğlunun villasında  qonaqlıq da verilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00