AVCİYA prezident seçkiləri ilə bağlı hesabatını açıqladı

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində AVCİYA-nın prezident seçkiləri ilə bağlı həyata keçirdiyi KİV-in monitorinqini və hesabatına həsr olunmuş tədbir keçirilib

Azərbaycan Vətəndaş Cəmiyyətiə Yardım Assosiasiyası (AVCYİA) bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda prezident seçkiləri ərəfəsində müşahidələri ilə bağlı aralıq hesabatını təqdim edib. ANS PRESS-in məlumatına görə, hesabatda 1-9 sentybrda seçkiqabağı mühitin təhlili, beynəlxalq qurumların ölkədə fəaliyyəti əks olunub.
Qurum tərəfindən 4 ay ərzində 12 qəzetdə monitorinq aparılıb. Bunlar "Ayna Zerkalo", "Ədalət", "Azadlıq", "Yeni Müsavat", "Bizim Yol", "Xalq Cəbhəsi", "Azərbaycan"," Xalq", "Yeni Azərbaycan"və "Səs" qəzetləri aiddir. Tədbirdə çıxış edən AVCİYA seçki qərargahının rəhbəri Məhəmməd Zülfüqarlının sözlərinə görə, qurum 25-dən artıq rayonda olub və seçki müşahidəçiləri üçün təlimlər keçib.
M. Zülfüqarlı bildirdi ki, Azərbaycanda avqust ayında seçki fəallığı xeyli yüksək olub. May, iyun, iyul ayların ilə müqayisədə daha artıb. Avqustun 9-da KİV-də seçki ilə bağlı xəbərlərin sayı 22 % artıb.
Bu monitorinqlərdə seçki adminstrasiyasının fəaliyyəti əsas yer tutur. MSK-da bir sıra yeniliklər olub. Seçki siyahısında dəqiqləşdirmə ilə bağlı təmilləşdirmə var. Əvvəlllər adını siyahıda tapmayan şəxslər məhkəməyə qədər gedib çıxırdılarsa, indi bu proses xeyli yügülləşib, məhkəməyə ehtiyac qalmayıb. Qeydiyyata düşmədə asanlaşma var. Bu seçkilərdə MSK daha cidi işləyib.
M.Zülfüqarlı qeyd edib ki, AVCİYA regionlarda seçki maarifçilik işinin daha da genişləndirilməsi, iqtidar və müxalifət siyasi partiyalar arasında dialoqun daha da inkişaf etdirilməsi, Milli Məclisdə təmsil olunan partiyalarla yanaşı, parlamentdə təmsil olunmayan, lakin ölkə üzrə geniş fəaliyyəti və strukturları olan partiyalara da dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması, şikayətlərə daha operativ baxılmasını təmin etmək üçün "Seçki Məcəlləsi"ndə şikayətlərin verilməsi ilə bağlı müəyyən olunmuş 3 gün müddətinin dəyişdirilməsi və ərizələrin tərtibinin sadələşdirilməsini təklif edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00