“Qarabağa edilən səfərlərlə bağlı daha ciddi problemlərlə üzləşə bilərik”

Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə, Qarabağ və ətraf rayonlara əcnəbi ölkələrin nümayəndələrinin, jurnalistlərinin, deputatlarının səfəri mütəmadi hal alıb. "OLAYLAR"-ın xəbərinə görə, politoloq Razi Nurulla məsələ ilə bağlı bildirib ki, Azərbaycan hökuməti bu tip məsələlər baş verən zaman vətəndaş cəmiyyətini, siyasi partiyaları, ümumiyyətlə, medianı da bu məsələyə cəlb etməlidir: "Qəzetlər, internet media, sosial şəbəkələr, həmin insanların şəkillərini verməklə onları bir neçə dildə qınaq obyektinə çevirib böyük bir kampaniyaya başlaya bilərlər. Bu zaman bunun səsi əlbəttə ki, həmin ölkələrə gedib çıxacaq. Onlar ciddi qınağa çevriləcəklər. Əgər biz hər dəfə bəyanat verməklə işimizi bitmiş hesab etsək, mənə belə gəlir ki, Dağlıq Qarabağa edilən səfərlərlə bağlı daha ciddi problemlərlə üzləşə bilərik. Digər bir tərəfdən onu da qeyd etmək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll edilməmiş qaldıqca və məsələ uzandıqca o Azərbyacandan yavaş-yavaş uzaqlaşmağa başlayacaq. Və bu cür səfərlər də gerçəkləşəcək. Çünki yaralar, problemlər, münaqişə unudulur".  Razi Nurulla deyib ki, bu risk həmişə var: "Münaqişənin həll variantı uzandıqca da, bu risk get-gedə çoxalmaqdadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00