Azərbaycan XİN qeyri-qanuni yolla işğal olunan torpaqlara səfərlərə görə “qara siyahı”ya daxil edilən şəxslərin müraciətlərinə baxa bilər

Azərbaycan XİN-ə bundan əvvəl işğal olunan ərazilərə qeyri-qanuni səfər etdiklərinə görə nazirlik tərəfindən "qara siyahı"ya salınan şəxslərdən bu qərarın ləğv edilməsi ilə bağlı müraciətlər daxil olur. Orada həmin şəxslər bu qərarın ləğv olunmasını xahiş edirlər. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

O vurğulayıb ki, Azərbaycan XİN belə müraciətlərə baxacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00