İlyas İsmayılovun prezidentliyə namizədliyi təsdiq olunub

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında daha iki nəfərin prezidentliyə namizədliyi qeydə alınıb.MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənlinin və Ədalət Partiyasının sədri İlyas İsmayılovun prezidentliyə namizədliyi qeydə alınıb.İclasda qeyd olunub ki, "Azadlıq" Partiyasının sədri Əhməd Orucun namizədliyinin qeydə alınması üçün MSK-ya təqdim olunan 43,413 imzadan 7,578-sı etibarsız hesab olunduğundan Əhməd Oruc üçün toplanan imzaların yoxlanması prosesi dayandırılıb və onun namizədliyinin qeydə alınması üçün hüquqi əsaslar aşkar olunmayıb.Qeyd edək ki, namizədlər seçki sənədlərini avqustun 20-dən etibarən təqdim etməyə başlayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00