Cəmil Həsənlinin prezidentliyə namizədliyi qeydə alınıb

Milli Şuranın namizədi MSK-ya 44 495 imza təqdim edib

Milli Şuranın namizədi Cəmil Həsənlinin prezidentliyə namizədliyi qeydə alınıb. Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiyanın katibi bildirib ki, C. Həsənlinin təqdim etdiyi imza vərəqələri yoxlanıb və onun namizədliyinin qeydə alınması üçün hüquqi əsasların olması müəyyən edilib. O, MSK-ya 44 495 imza nümunəsi təqdim edilib, 40291 imza etibarlı sayılıb.MSK açıq səsvermə yolu ilə C. Həsənlinin namizədliyini qeydə alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00