YAP Qaradağ rayon təşkilatında seçki müşavirəsi

Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Qaradağ rayonu üzrə Seçki Qərargahının növbəti seminar müşavirəsi keçirilib. "OLAYLAR"-ın partiyaya istinadən verdiyi xəbərə görə, YAP Qaradağ rayon təşkilatının qərargahında keçirilən seminar müşavirədə çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Seçki Qərargahının iş prinsipləri, qarşıda duran vəzifələrdən, görülmüş işlərdən bəhs etdi. Ölkəmizin həm regionda, həm də dünyada sabitlik nümunəsi olduğunu söyləyən Aydın Hüseynov insanların azad, sərbəst formada, heç bir maneə ilə üzləşmədən öz iradələrini ifadə etməsi üçün bu amilin başlıca şərt olduğunu bildirib. Müşavirədə seçki prosesinə hazırlıqla bağlı qarşıda duran vəzifələrdən bəhs edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00