" Azərbaycanda seçkilər bir qayda olaraq şəffaf keçirilir”
12 Sentyabr 2013 16:21 SiyasətAvropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiya Hesabatında Azərbaycan əleyhinə qərəzli məqamlar əksini tapıb. "OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini bildirən millət vəkili Aydın Mirzəzadə deyib ki, Azərbaycanda seçkilər bir qayda olaraq demokratik və şəffaf keçirilir: "Seçkilərin bu qayda ilə keçirilməsi Azərbaycanın dövlətçilik prinsipləri üçün başlıca şərtdir. Bəzi beynəlxalq təşkilatların bu istiqamətdə atılan addımları fərqli tərzdə qiymətləndirməsi başqa məsələdir. Lakin xaricdə Azərbaycanda mövcud olan seçki prosesinə və demokratik inkişafa yüksək qiymət verilir". Millət vəkili deyib ki, vaxtaşırı dünyada Azərbaycanla bağlı müəyyən məsələlərə qərəzli yanaşmaların şahidi oluruq: "Payızda keçiriləcək prezident seçkiləri ilə bağlı son dövrlərdə verilən dəyərlərin əksəriyyəti müsbət xarakter daşıyır. Hətta əvvəl mənfi rəy söyləyən qurumlar belə sonradan fikrini dəyişir. İstənilən halda Azərbaycanda seçkilərin demokratik keçirilməsi hər kəsdən çox elə ölkəmiz üçün başlıca məqsəddir".