YAP ilk təbliğat mitinqini keçirəcək
12 Sentyabr 2013 13:31 SiyasətPrezident seçkilərinin təbliğat-təşviqat mərhələsi çərçivəsində hakim Yeni Azərbaycan Partiyası sentyabrın 16-da özünün ilk möhtəşəm mitinqini keçirəcək. "OLAYLAR"-ın xəbərinə görə, Səbael rayonu, 20-ci sahə ərazisində yerləşən Sürücülük Məktəbinin həyətində keçiriləcək mitinqdə hakim partiyanın rəhbərliyi, millət vəkilləri və fəal gənclər iştirak edəcək. Yeni Azərbaycan Partiyasının təşviqat mitinqi konsert proqramı ilə yekunlaşacaq. Tanınmış mədəniyyət ustaları hakim partiyanın mitinqində bir-birindən maraqlı ifalar səsləndirəcəklər. Qeyd edək ki, seçki qanunvericiliyə əsasən sentyabrın 16-dan prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00