MSK-ya ölkə üzrə müşahidə üçün 2395 müraciət daxil olub
Bunu MSK-nın bugünkü iclasında Məzahir Pənahov bildirib
11 Sentyabr 2013 18:51 Siyasət"MSK-ya beynəlxalq müşahidəçilər də daxil olmaqla, ölkə üzrə müşahidə üçün 2395, dairə üzrə isə 7902 müraciət daxil olub". ANS PRESS-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, müşahidəçilər üçün maarifləndirmə işi davam etdirilir: "Hesab edirəm ki, mətbuatın fəaliyyəti seçki günü bütün ölkəni əhatə edəcək. Bununla bağlı bəzi mətbuat qurumlarının rəhbərləri ilə də danışacağam".
M. Pənahov həmçinin qeyd edib ki, AŞPA müşahidəçiləri 15 qrupa bölünərək bütün seçki dairələrini əhatə edəcəklər. Onlara və ümumiyyətlə, bütün müşahidəçilərə seçkiləri izləmək üçün bütün şərait yaradılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00